Siyəzəndəki Mərkəzi Xəstəxana niyə keçmiş hərbçi ilə şəhid qardaşı arasında “razborka” məkanına çevrilib? – Video
- 12-09-2022, 12:38
- 738
Siyəzən rayonundan olan şəhid qardaşı Şirinov Tərlan Fərhad oğlu ilə, həmin rayonun sakini keçmiş hərbçi zabit Tağıyev Tural arasında yaşanan qalmaqal uzun müddətdir ki, öz həllini tapmır. Qeyd edək ki, Tağıyev Tural ordudan tərxis olunandan sonra Siyəzən rayon Mərkəzi Xəstəxanasında ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi kimi fəaliyyətini davam etdirib.
Tağıyev Tural isə Azinforum.az-a açıqlamasında bildirdi ki, Şirinov Tərlan və onun ailəsi ilə şəxsi arasında uzun müddətə təsadüf edən qarşıdurma var. Keçmiş hərbçi deyir ki, buna görə də Şirinovlar ailəsi qisas almaq üçün, onun ünvanına şər atır.