İsmayıllı məhkəməsinin icra məmuru vətəndaşa PROBLEM YARADIR... - ÖZBAŞINALIQ!
- 30-08-2022, 10:52
- 411
Redaksiyamıza müraciət edən Bakı şəhəri, Çobanzadə küçəsi ev 76, mənzil 3-də yaşayan Şirin Zülfiyyə Seyid qızı da İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rahib adlı şəxsdən şikayətçidir. Vətəndaş iddia edir ki, onun heç kəsə və hər hansı bir dövlət orqanına borcu olmasa da, ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Rahib ondan 1200 manat rüşvət alsa da, bu günə kimi də onun borclu olmaması barədə məktub vermək istəmir. 10 gündür vətəndaşı bürokratik əngəllərlə get-gələ salan icra məmuru vətəndaşı dövlətdən narazı salır.
Bizim vasitəmizlə əlaqədar orqanlardan köməklik istəyən Zülfiyyə Şirin günahkarların cəzalandırılmasını və onun pozulmuş hüquqlarının bərpa olunmasını istəyir. Ümidvarıq ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi İlqar Cəfərov vaxtında lazımi tədbir görəcək və vətəndaşın süni maneələrlə get-gələ salınmasının qarşısını alacaqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//