"Güney Azərbaycan əvvəl-axır İrandan ayrılacaq" - VİDEO
- 28-08-2022, 16:00
- 510
Bununla bağlı "Azad İran" yutub kanalında hazırlanmış süjetdə deyilir:
"1995-ci ildə, Rəfsəncaninin prezidentliyi dövründə Təbrizdə türklərin yaşadığı əyalətlərin iqtisadi baxımdan geridə qalmasına dair nazirlər kabinetinin iclası keçirilirdi.
Həmin iclasda o zaman Xarici İşlər naziri vəzifəsini tutan Əli Əkbər Vilayəti deyib: "Biz niyə Azərbaycana sərmayə qoymalıyıq? Azərbaycan (yəni Güney Azərbaycan) əvvəl-axır İrandan ayrılacaq, ona görə mən bu əyalətlərə investisiya qoyuluşunu məsləhət bilmirəm".