Pakistanın XİN başçısı Azərbaycana təşəkkür ETDİ

Gündəm / Dünya

 
Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto-Zərdari ölkəsində daşqından zərər çəkənlərə yardım elan etdiyinə görə Azərbaycana təşəkkür edib.

Nazir bu barədə "Twitter" hesabında yazıb.

"Təşəkkür Azərbaycan", - xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazaraq, ölkəmizin Pakistandakı səfirliyinin Azərbaycanın İslam Respublikasına ayırdığı yardımla bağlı paylaşımına istinad edib.