AzTV Mehriban Əliyevanın doğum günü ilə bağlı sənədli film təqdim edib - VİDEO

Gündəm / Cəmiyyət

 
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC birinci xanım Mehriban Əliyevanın doğum günü ilə bağlı sənədli film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumatına görə, Mehriban xanım Əliyevaya həsr olunan sənədli film “Humanist missiya” adlanır.

AzTV-nin Avropa təmsilçisi Elzar Ağayevin hazırladığı sənədli film AzTV-də yayımlanıb. 

Qeyd edək ki, filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissoru Vasif Məmmədzadə, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri isə Elnur Məmmədovdur.