Bir azdan Yardımlıda bir sakin də tapılmayacaq... - "Burda yaşamaq istəmirsən"
- 23-08-2022, 16:30
- 515
Gundem.media xəbər verir ki, bunu “Azadlıq Radiosu”na Yardımlının Bərcan kənd sakini Əzim Həşimov deyib.
O bildirib ki, hər ötən gün kəndi tərk edənlərin sayı artır. Qaz olmadığından yemək bişirmək, evlərini qışda qızdırmaq üçün ağaclarını kəsməyə məcbur olduqlarını deyən Ə.Həşimov meşələrin beləcə məhvə məhkum olmasından ürək ağrısı ilə danışıb.
Ə. Həşimov deyib ki, yeni iş yerləri haqqında eşitməyib. Olsaydı, camaat şəhərlərə axın etməzdi. O, kənddən köç edənlərin cavanların ardınca qalan sakinlərin də çıxıb gedəcəyindən ehtiyatlanır:
“Burda yaşamaq istəmirsən. Gethagetdir, hamının arxasıyca baxırsan, necə ki qazımızın arxasıyca baxırıq, bu da elə”.