Polşa Prezidenti Kiyevə getdi

Gündəm / Cəmiyyət

Polşa Prezidenti Andjey Duda Ukraynaya səfər edib.

Bu barədə Polşa Prezident Administrasiyasının "Twitter" hesabında bildirilib.

"Prezident Anjey Duda prezident Zelenskinin dəvəti ilə bu gün Kiyevdədir. Səfər zamanı prezidentlər və nümayəndə heyətləri arasında Ukraynadakı vəziyyət, hərbi, iqtisadi və humanitar sahədə dəstək, ikitərəfli əməkdaşlıq barədə danışıqlar aparılacaq,"-  deyə paylaşımında qeyd olunub. 

Bildirək ki, Dudanın həmçinin Ukrayna Prezidentinin çağırdığı Krım Platformasının 2-ci sammitində iştirak edəcəyi də vurğulanıb.