Cərrah Anar Əmrahın səhlənkarlığı əməliyyat etdiyi xəstənin ölümünə səbəb oldu – Video
- 20-08-2022, 19:35
- 532
Xəstənin reanimasiyada daxil olduğu gündən(18 iyul) infeksion durumla bağlı, hər 3 gündən bir kombinasiyalar qurulmuş, antibiotiklər təyyin olunmuşdur. Bu günə kimi mənə,əməliyyat xərclərinin 10 qatı dəyərində bahalı antibiotiklər aldırılmışdır. Amma infeksion durum kontrola alına bilməmiş,əksinə 66 göstəricidən 356 göstəriciyə qalxmışdır. Burda həkimin uğuru nədir yenə görə bilmirəm.
Komatoz durumla bağlı, proqnoz vermək üçün,mütləq MRT müayinəsi tələb olunduğu halda, xəstənin müayinə durumu olmadığı bildirilmişdir. Bir neçə gün sonra qeydiyya yaxınlaşıb, MRT müayinəsi olmaq istədiyimi bildirdiyimdə , ümumiyyətlə mərkəzin MRT cihazının işləmədiyi reallığı ortaya çıxmışdır. Başqa xəstəxanaya götürüb MRT etmək istədiyimdə, xəstənin öz tənəffüsü olmadığını bəhanə edib, təhlükəli olduğunu, yalnız traxeostoma açıldıqdan sonra mümkünlüyünü bildirilmişdir. Avqust ayının 5-i traxeostoma açıldıqdan sonra belə, müxtəlif bəhanələrlə MRT müayinəsi mümkün olmamışdır.
Həyatda ən dəyərli varlığımı, anamı Azərbaycan Səhiyyəsinə etibar etdiyim üçün çox peşimanam. Düşünürəm ki,burdakı səhiyyə xərclərindən daha az büdcə ilə Türkiyədə, Avropanın qabaqcıl klikanalarında xəstəmi əməliyyat etdirib,xeyrin görə bilərdim.
Heçkimin anası atası dünyanı tutub durmur, bütün analar atalar ölür. Mən anamın ölüm reallığını iyul ayının 18 qəbul etmişəm. Mənim kinim şəxsi deyildir. Sadəcə düşdüyüm durumun, ictimailəşməsini, insanların ad-sana aldanmamasını, həkimlərin və xəstəxanaların iç üzlərinin aşkara çıxarılmasının, daha başqalarının ziyan görməməsini istəyirəm”.
Qeyd edək ki, səslənən ittihamlarla bağlı cərrah Anar Əmrahın mövqeyini öyrənə bilmədik. Özünü xəstəxananın hüquqşunası kimi təqdim edən Cəfərova Jalə isə edilən əməliyyatlar barədə nəsə söyləyə bilməyəcəyini bildirdi. Səslnən ittihamlarla bağlı Anar Əmrahın da mövqeyinə yer verməyə hazırıq.