MİDA-nın tender şəriyi ilə bağlı ilginc faktlar... - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

 
Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət - əsl “tender çempionu” aşkar edilib. 

Xalqxeber.az FED.az-a istinadla xəbər verir ki, bu – «HN Construction» MMC-dir (VÖEN: 1304302851).

Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərindən 88 milyon 528 min 835 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 7 tenderlə əldə edib – bir tenderin orta qiyməti 12 milyon manatdır.

«HN Construction» MMC-nin bütün tenderləri "MİDA" MMC-dən qazanıb. Şirkət 7 tenderlə bu qurumdan 88,5 milyon manatdan çox sifariş əldə edib.

Qeyd edək ki, şirkət əsasən yaşayış evlərinin, binaalrın tikintisi və avadanlıqlarla təchiz edilməsi işlərinin satın alınması işləri üzrə xidmət göstərir.