Şuşada yaşayanlara tibb xidmətlərin göstərilməsi qaydası açıqlandı

Gündəm / Cəmiyyət

 Şuşada yaşayanlar üçün tibb xidmətlərin göstərilməsində heç bir problem yoxdur. Onların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir.

Bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib.

O qeyd edib ki, Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlərimiz tərəfindən tibbi xidmət göstərilir:

"Onlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi Xəstəxanasına verilir. Lazım gələrsə, Bakı şəhərindəki xəstəxanalara da tibbi göndəriş yazıla bilər".