SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nazim İbrahimovun qardaşı da dələduzluğa görə qandallana bilər - MTN işi

Nazim İbrahimovun qardaşı da dələduzluğa görə qandallana bilər - MTN işi

Tarix:

2-06-2017, 12:23

/ 163 192 dəfə oxundu.
Nazim İbrahimovun qardaşı da dələduzluğa görə qandallana bilər - MTN işi

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovla MTN şefi Eldar Mahmudovun dostu, hazırda həbsdə olan İlham Qasımovun şərikliyi ilə bağlı yeni cinayətlərin üstü açılır.
Məlumata görə, “Sahil-D Kompani” MMC şirkətinin vətəndaşları aldatması İ.Qasımovun həbsi ilə nəticələnsə də, komitə sədrinin qardaşı məsuliyyətə cəlb olunmayıb.
Üstəlik, iş adamı Gülağa Tənha ilə də İ.Qasımov arasında məhkəmə çəkişməsi olub. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi iş adamı İlham Qasımovun adı keçir.
Azərbaycanda mənzil fırıldağı və tikinti şirkətlərinin dələduzluğu kütləviləşib. Bir müddət əvvəl bəzi tikinti firmalarının sahibləri dələduzluq ittihamı ilə həbs olunsa da, bu tendensiya səngimək bilmir.
Bu haqda müraciət edən vətəndaş da dələduzluğun qurbanı olub. Belə ki, Fərhad Muradov Bəradər oğlu iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
O, Nazim Nəsirov İslahat oğlunun ondan notarial qaydada aldığı 130 min manatın tutulması barədə qətnamə çıxarılmasını istəyib.
Onun nümayəndəsi Könül Yaqubova izahatda göstərir ki, 2014-cü ildə Fərhad Muradov ev almaq məqsədi ilə tanışı Arif vasitəsi ilə Nazim Nəsirovla tanış olurlar.
Sonuncu ona Xətai rayonu, Bayramov küçəsi 11/56, bina 2-də sahəsi 226 kvadratmetr olan 5 otaqlı mənzili satmağı vəd edərək müxtəlif vaxtlarda ondan beh alır.
Tərəflər arasında bağlanmış 4 dəfə beh müqaviləsi nəticəsində Nazim Nəsirov Fərhad Muradovdan 30 min manat alır.
Bu azmış kimi, daha sonra 2014-cü il martın 19-da 51 saylı notariat kontorunda Fərhad Muradov Nazim Nəsirova 100 min manat ödəyərək mənzilin onun adına rəsmiləşdirməsini tələb edir. Hər şey qanuni çərçivədə davam edir və bu ana qədər heç bir problem yaşanmır.
Ancaq evin açarlarını təhvil vermək məqamı yetişəndə Nazim Nəsirov nə mənzili onun adına keçirir, nə də 130 min manatı qaytarır. Ona görə də məhkəməyə müraciət edən Fərhad Muradov hüquqlarının təmin olunmasıın istəyir.
Binəqədi rayon məhkəməsinin hakimi Fərrux Qasımov vətəndaşın iddiasını təmin edib.
Ancaq hüquqi müstəvidə haqqını bərpa edən F.Muradov nə evinə köçə, nə də pulunu ala bilir. Məlum olur ki, sözügedən ünvanda yerləşən bina məşhur və qalmaqallı “Sahil-D Kompani“ MMC firmasına məxsusdur.
Şirkət sabiq MTN rəhbəri Eldar Mahmudovun nəzarətindədir. Bundan qabaq da həmin binalardan ev alanların şikayətləri işıqlandırılıb.
Bakı Əyləncə Mərkəzində inşa edilən 24 mərtəbəli 4 binadan ibarət "Sahil-D" kompleksi iş adamları Sahib İbrahimov və İlham Qasımovun ortaqlığı ilə tikilib və Qasımov məhz bu məsələ ilə bağlı "məşhurlaşıb".
"Real" MTK-nın təsisçisi və "Sahil-D Compani"də ortaq olan İ.Qasımov "Sahil-D Compani", S.İbrahimov isə təsisçisi olduğu "STS" şirkətinin möhürü ilə satış həyata keçirib.
İ.Qasımov verdiyi müsahibəsində iddia edirdi ki, 71 mənzili S.İbrahimov təkrar satıb. Ancaq komitə sədrinin qardaşı həbs olunmayıb. Onun da istitnaqa cəlb olunacağı haqda iddialar var.
Sadəcə, komitə sədri qardaşını qoruyur. Sahib İbrahimov bir qəpik qoymasa da, mənzil satışından daxil olan vəsaiti götürüb özünə, qardaşı Nazim İbrahimova 150 min dollarlıq saat alır, binalardan evlər verir, cürbəcür avtomobillər- “Rolls-Royce”, “Bentley”, “BMW”lər əldə edirdi.

ulus.az

Şərhlər

XƏBƏR LENTİ