Ucarda ağır qəza: bir ailənin 3 üzvü xəsarət aldı

Gündəm / Hadisə

 
Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 71 yaşlı Rza Ələkbər oğlu Ələkbərovun idarə etdiyi "Toyota Prado" markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb. Nəticədə Bakı şəhər sakinləri, 65 yaşlı Salatın Yaqub qızı Qurbanova, nəvələri - 12 yaşlı Ayan Tural qızı Ələkbərli və 8 yaşlı Mədinə Tural qızı Ələkbərli aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.