Ağdamda tələbə oğlan anasını BIÇAQLADI

Gündəm / Hadisə


Ağdamda oğul anasını bıçaqlayıb.

Xalqxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi, 2000-ci il təvəllüdlü Eltun Kərimov qısqanclıq zəminində Ağdam rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən anası, 1977-ci il təvəllüdlü Elnurə Kərimovanı bıçaqlayıb.

Yaralı rayon xəstəxanasına çatdırılıb.

Eltun Kərimov polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb.