Sevda hamilə olduğunu FOTOLARI ilə təsdiqlədi

Gündəm / Cəmiyyət

 
Xəbər verdiyimiz kimi müğənni Sevda Yahyayeva hamilədir. Bu xəbəri onun həmkarı Günel Zeynalova toy məclislərin birində çəkdirdiyi fotoları sosial şəbəkə hesabında yayımlayarkən yazmışdı. 

Sevda həkim-genetik həyat yoldaşı Zakir Bayramovla çəkdirdiyi fotolarda xarici görünüşündəki dəyişikliyi ilə hamilə olduğunu təsdiqləyib. 

Şəkildə hamilə xanımlar üçün nəzərdə tutulan libas geyinən müğənninin qarnının önə çıxması diqqətlərdən yayınmayıb.