Qurban bayramında neçə gün iş olmayacaq?
- 28-06-2022, 14:20
- 479
Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.
İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq.
Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl qeyri-iş günü olacaq.