Məşhur restoran Çin dənizində BATDI

Gündəm / Cəmiyyət

 
Cənubi Çin dənizində Honq-Konqun simvollarından biri olan “Jumbo Floating Restaurant”ı batıb. 

 40 ildən artıqdır ki, xidmət göstərən nəhəng restoran başqa bölgəyə köçürülərkən əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğrayıb. 

 Nəticədə nəhəng restoranı su götürüb və böyrü üstə batıb. 

Bildirək ki, restoranın məşhur müştəriləri arasında İngiltərə kraliçası II Elizabet və Tom Kruz kimi adlar var.

"Unikal"