Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən ŞÜBHƏLİ TENDER... - Dövlət müdaxilə etməlidir...
- 26-05-2022, 09:27
- 373
DİA.AZ xəbər verir ki, tenderin qalibi “Az Graft Construction” MMC-dir.
Qalib şirkətə 4 milyon manat ödəniləcək.
DİA.AZ xatırladır ki, “Az Graft Construction”a fevralda da eyni məqsədlə 3,5 milyon manat ödənilib. Və qeyd edək ki, bu da hamısı deyil... Qeyd edək ki, “Az Graft Construction” 44 günlük Vətən Müharibəsi zamanı düşmən atəşlərindən zərər görmüş ev və obyektlərin təmiri məqsədilə də dövlətdən kifayət qədər böyük həcmli tenderləri udsa da, bu işdə yol verdiyi nöqsanlar səbəbindən yerli KİV-də dəfələrlə tənqid hədəfinə çevrilmişdi: https://www.aztoday.az/news/157348.html
DİA.AZ-ın apardığı araşdırmalara görə, “Az Graft Construction” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi İsgəndər Qasımovdur. Şirkətin 09.02.2022-ci il tarixinə vergi borcu 5 896 manatdır.
Hər halda, fəaliyyəti narazılıqlara səbəb olan şirkətlərə dövlət qurumlarının təkrar etimad göstərmələri müvafiq qurumlar tərəfindən şübhəyə alınmalı və araşdırılmalıdır.
Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...