Diaspor təşkilatının qazilərə hədiyyə etdiyi əlil arabaları əlindən alınır

Gündəm / Cəmiyyət

Aylar öncə Hollandiyadan Azərbaycana gətirilən əlil arabalarını “görünməz qüvvə” qazilərdən geri alıbdır.

Bu barədə əlil arablarını Bakıya gətirən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın bildirib.

“Bu ilin yanvar ayında Azərbaycanda Qarabağ qazilərinə payladığımız motorlu əlil arabaları təkəbbürlü insanlar guya bu arabalara cavabdeh olduqlarını bildirərək bəzi qazilərdən alıb başqalarına veriblər. Bu, tamamilə saxtakarlıqdır. Belə hadisələrə məruz qalan qazimiz heç vaxt əlil arabasını heç kimə verməməlidir. Bu arabalara görə yalnız Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyi və “KrosMedical CZ” şirkəti məsuliyyət daşıyır”, - deyə İ.Aşkın bildirib.Bakıvaxtı.az