Təhsil Nazirliyinin rəsmisi etiraz edən tələbələrlə görüşmədi
- 30-05-2017, 13:56
- 58 071
Tələbələr bildirib ki, 720 mövzunun belə qısa vaxtda öyrənilməsi və imtahana normal hazırlaşmaq mümkün deyil. Onların fikrincə, dövlət imtahanı ilə bağlı qərar dərs ilinin əvvəlində verilməli idi.
Əməkdaşımızın xəbərinə əsasən, hazırda tələbələr universitetin rektoru ilə görüşmək istəyirlər. Bu arada hadisə yerinə gəlmiş Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov etiraz edən tələbələrlə görüşmədən, universitetin binasına daxil olub.