Zərdabın İcra Başçısı özü ilə çətir tutan gəzdirir - FOTOFAKT
- 12-05-2022, 18:17
- 401
Ölkə rəhbəri çətirini öz əlləri ilə tutarkən icra başçısı özünü ağıllı sayaraq, təkəbbürlü şəkildə çətir tutan saxlayır.
Olmaya Mərdan Camalov özünü Prezidentdən üstün sayır. Bir neçə il bundan öncə Salyanın icra başçısı vəzifəsində çalışmış Tahir Kərimov bu əməlinə görə, ölkə rəhbəri tərəfindən işdən uzaqlaşdırıldı.
Çünki icra başçılarına tapşırıq verilib ki, təkəbbürlü olmayın xalqın qeydinə qalın.
Lakin Mərdan Camalov kimi məmur adına ləkə gətirənlər Prezidentin tövsiyyələrini qulaqardına vuraraq, icra başçısına yaraşmayan hərəkətlər edirlər.
Prezidentdən nümunə götürmək yerinə öz bildiklərini edirlər. Bu hərəkətinə görə işdən uzaqlaşdırılan Tahir Kərimovun sağ əli, Mərdan Camalovun başına. //gundelik-baku.com//