Mədəniyyət Nazirliyinin yarım milyonluq “Qarınqulu”su – Animasiya qalmaqalının arxasında kim dayanır?
- 12-05-2022, 13:08
- 1 288
“Qarınqulu”nun heç bir tender keçirilmədən “Salnaməfilm”ə verilməsi layihənin korrupsiya mənbəyinə çevrilməsinə dair şübhələrə səbəb olub.
Bir həftədən artıqdır ki, bu mövzu sosial şəbəkələrdə müzakirə olunur. Nicat Manafov məsələ barədə çoxsaylı paylaşımlar edib. Lakin Mədəniyyət Naziriyi müəmmalı şəkildə susur.
“Salnaməfilm” studiyası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu baxımdan, iddia edilə bilər ki, tenderə ehtiyac yoxdur. Məsələ burasındadır ki, “Salnaməfilm” studiyası animasiya çəkilişləri üzrə ixtisaslaşmayıb. Belə olsaydı, o zaman “Qarınqulu” animasiyasının çəkilişlərinə başqalarını cəlb etməzdilər”, – deyə Nicat Manafov bildirib.
Maraqlıdır ki, ilkin mərəhələdə layihə “AzanFilm” studiyasına verilib. Lakin sonradan “AzanFilm” layihədən imtina edib.
Bəzi iddialara görə, layihənin kuratoru Mədəniyyət Nazirliyinin kinemotoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovdur. Nicat Manafov da onda belə bir məlumatın olduğunu deyir. Lakin Rüfət Həsənov da hələ ki susur.
Nicat Manafovun fikrincə, layihənin tendersiz keçirilməsi büdcədən ayrılan vəsaitin qaranlıq məqsədlərə xərclənəcəyi barədə şübhələrə əsas verir: “Fikrimcə, büdcə dəfələrlə şişirdilib. Bu baxımdan da rəqabətə imkan verməyiblər. Ölkə üçün əhəmiyyətli bir layihənin başdansovdu icrası, “Qarınqulu”nun korrupsiya mənbəyinə çevrilməsi cəhdi yolverilməzdir. Hesab edirəm ki, layihə ilə bağlı tender elan edilməli və animasiya çəkilişləri üzrə ixtisaslaşan şirkətlərin satınalma müsabiqəsində iştirakı təmin olunmalıdır. Təəssüf ki, cənab Prezidentin çıxışlarında ictimai nəzarətin vacibliyini qeyd etməsinə baxmayaraq, bu layihə gizli formada icra olunur”.