Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
- 10-05-2022, 16:20
- 623
Vətən Müharibəsində xalqımızın qazandığı zəfərinin və Ulu Öndər Heydər Əliyevin bu qələbədə zəngin siyasi irsinin rolunun təbliği məqsədi daşıyan inşa yarışında IX, X, XI siniflərin şagirləri iştirtak edib. Üç mövzuda (“Qarabağın zəngin təbii sərvətləri”, “Qarabağın zəngin tarixi – mədəni sərvətləri”, “Şuşa – Qarabağın incisidir”) reallaşan müsabiqəyə ümumilikdə 72 yazı təqdim olunub. Yazılar münsiflər heyəti tərəfindən araşdırılaraq müvafiq ballarla qiymətləndirilib. Sonda hər istiqamət üzrə bir qalib müəyyənləşib. Qurbanova Nuray Valeh qızı (Məhəmmədi kənd tam orta məktəbin 11-ci sinif şagiri), Mürsəlova Məlahət İgid qızı (Xırdalan şəhər 3 saylı tam orta məktəbin 9-cu sinif şagiri), Əzimli Aysu Vüqar qızı (Saray qəsəbə 3 saylı tam orta məktəbin 10-cu sinif şagiri) müvafiq istiqamətlər üzrə qalib elan edilib. Qaliblərə Fəxri Fərmanlar və mükafatlar təqdim edilib. Eyni zamanda yazıları fərqlənən daha 6 şagirdə isə “Fərqlənmə”lər verilib.