XTQ: "Düşmənlərimizi hər zaman, hər yerdə məhv etməyə daim hazır olacağıq"
- 30-04-2022, 18:12
- 1 156
Bunu Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu XTQ-nin yaradılmasının 23-cü ildönümü münasibətilə keçirilən tədbir zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşısında deyib.
Sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə Azərbaycan xüsusi təyinatlılarının xatirə bereti təqdim olunub.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.