Nazir Namidan Piriyevə yeni VƏZİFƏ VERDİ

Gündəm / Cəmiyyət

 
Namidan Piriyev Daxili İşlər Nazirliyinin tərkibində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) rəhbər təyin edilib.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, polis polkovnik-leytenantı N.Piriyevbu təyinatadək Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.