FHN-də kadr təyinatı DÖVLƏT SİRRİDİR? - İLGİNC FAKT

Gündəm / Cəmiyyət

 
 "Milli Məclisin 2010-2020-ci illərdə deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuş Elxan Süleymanovun oğlu Ziya Süleymanov FHN-nin Su Ehtiyatları Dövlət Agentliyinə rəisi müavini təyin olunub, amma Heydərovun nazirliyi bu haqda ictimaiyyətə məlumat vermir.

Elxan Süleymanov

Ziya Süleymanov

Ümumiyyətlə, bu adamın bircə il dövlət işində iş stajı olubmu?" DİA.AZ xəbər verir ki, bu barədə açıqlamanı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli verib.

Daha sonra Həsənli fikirlərinə köhnədən olan anoloji fakta istinadənb davam edir: "Keçmiş deputat Hadı Rəcəblinin oğlu Vüsal Rəcəbli Energetika nazirinin müşaviri təyin təyin olunanda da gizlətmişdilər. Bu haqda yazadan sonra rəsmi məlumat verdilər".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...