Rövşən Rzayev və Mahir Abbaszadə HƏBS OLUNA BİLƏR... - İLGİNC GƏLİŞMƏ
- 13-04-2022, 16:28
- 1 275
Təkcə Fondun rəhbəri Mahir Abbaszadənin 14 iyun 2021-ci il tarixdə həyat yoldaşına keçirdiyi möhtəşəm ad günündə ( 42 yaş ) bağışladığı 420000 yevro dəyəri olan hədiyyə Qaçqınkomdakı korrupsiyanın miqyasını göstərir. Həmən hədiyyə cütlüyün çəkdirdiyi şəkildə də aydın görünür. Bu hələ dənizə bir damcı misalıdır...
''Gündəlik Bakı''ya daxil olan səhih məlumata görə, bir neçə gündür ki, Maliyyə Nazirliyi nəhayət “Qaçqınkom”da və ona məxsus strukturlarda ciddi yoxlamaya başlayıb. Tam əminik ki, yoxlama Rövşən Rzayevin, Mahir Abbaszadənin və digər vəsifəli şəxslərin həbsinə səbəb olacaq. //gundelik-baku.com//
***
Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, artıq "Qaçqınkom" şefi Rövşən Rzyaev hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Mənbə dia.az-a bildirir ki, onunla bağlı həbs qərarının çıxması gözləniləndir.
Mənbə iddia edir ki, eyni zamanda Rövşən Rzyaevin "sədaqətli ortağı" Mahir Abbaszadə də hədəfdədir.
Dia.az-a söylənilənlər: "Hər ikisindən hesab sorulacaq. Bunun başqa yolu yoxdur..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
***
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...