Goranboy SSİ-nin rəisi özbaşınalığından əl çəkmir - Katibəsi əyani tələbə ola-ola..
- 11-04-2022, 21:46
- 603
Demokratik.Az-ın əldə etdiyi məlumata görə, torpaqların əkib-becərilməsi üçün Göygölün baş cuvarlığından Goranboya atılan dımbılıboy su məmuru əvvəlki iş yerində kifayət qədər korrupsiyaya, lilə-palçığa batdığı bəs deyilmiş kimi, indi də Goranboydakı kreslosunda oturub öz katibəsinə qanunsuz maaş yazır.
Demokratik.Az-a verilən məlumatda o da bildirilir ki, İlqar Məhərrəmov cari ilin yanvarında Göygöl rayon Çaylı kənd icra nümayəndəliyindən işdən öz ərizəsilə qovulan Səmədov Müşviq Qara oğluna da öz yanında sahə rəisi vəzifəsi verib. Məlumata görə, M.Səmədovun daşıdığı ali təhsil diplomu saxtadır və dövlət qulluğu vəzifəsindən də məhz bu səbəbə uzaqlaşdırılıb. Lakin, o nədənsə müvafiq cinayət işinə cəlb edilməyib, hazırda Göygöl İHB başçısı vəzifəsini icra edən Turani Əliyev icra nümayəndəsini "öz ərizəsilə" işdən uzaqlaşdırmaqla yetinib.
İnanırıq ki, adı kifayət qədər qalmaqallarda və korrupsiya əməllərində hallanan Göranboy SSİ-nin rəisi İlqar Məhərrəmov barədə aidiyyatı hüquq mühafizə orqanları və ölkənin baş melioratoru ciddi tədbirlər görməyi düşünəcək.
Demokratik.Az