"Yaxın dostu" Putini QINADI

Gündəm / Dünya

 
Dünyaca məşhur fransız kino ulduzu Jerar Depardye Rusiya prezidenti Vladimir Putini qınayıb. 

2013-cü ildə Rusiyadan vətəndaşlıq alan və Putinə yaxınlığı ilə tanınan məşhur ulduz, aprelin əvvəlində Parisdəki "Champs-ElyseesTeatrında verəcəyi 3 konsertin bütün gəlirinin Rusiyaya veriləcəyini açıqlayıb.

Bundan əlavə Depardye yaxın dostu Putini  Uraynadakı müharibəni davam etdirdiyinə görə qınayıb:

"Rus xalqı Putin kimi hökmdarlarının qəbuledilməz çılğın sürüklənməsinə görə məsuliyyət daşıya bilməz". 

Rusiya və Ukraynanın iki qardaş ölkə olduğu fikrini ifadə edən Depardye müharibənin dərhal dayandırılması və danışıqların aparılmasına çağırıb.