ADAU-da KOLXOZ ÜSUL-İDARƏSİ... - Rektora ağır İTTİHAMLAR...
- 23-03-2022, 11:18
- 627
Daha sonra müraciət müəllifləri yazırlar: "Bunlarla yanaşı, rektor İbrahim Cəfərov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də işdən qovulan insanları cərimə batalyonu kimi Aqrar Universitetdə kafedra müdiri və prorektor vəzifələrinə yerləşdirib. Sərbəst alver quran rektora gözün üstündə qaşın var deyən yoxdur. Bir müddət dekan və kafedra müdiri vəzifələrindən qazanc götürən rektor ənənəni daim davam etdirir.
Bir müddət bundan öncə rektor ADAU-nun "Kənd təsərrüfatı texnikası" kafedrasına ticarət yarmarkasında ayaqqabı satan Aydın İsayevi kafedra müdiri seçmişdir. Hansı ki, Aydın İsayev bir neçə il əvvəl korrupsiya ilə əlaqədar "Magistratura" şöbəsinin midiri vəzifəsindən qovulmuşdur. Buna baxmayaraq İbrahim Cəfərov onu və onun yaxın dostu olan Ayaz Həsənovu da kafedra müdiri vəzifəsinə təyin etmək üçün imkan axtarır. Aydın İsayevi kafedra müdiri kimi yerləşdirdi, indi də qarşıda yaxın günlərdə qəssablıq edib, ət və kartof satan Ayaz Həsənovu da "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasına müdir qoymaq istəyir. Halbuki, həmin kafedrada bu vəzifəyə daha layiqli kadrlar var. Ayaz Həsənov da 5 il öncə "Aqromühəndislik" fakültəsinin tələbələrinin hər birindən kurs işinə 60 manat pul almışdı. Bu hadisənin üstü komissiya və dekan Cəmaləddin Məmmədov tərəfindən açılanda İbrahim Cəfərov Ayaz Həsənovu müdafiə edə bilmədi. Bu gün kafedra müdiri olan təmiz, haqqın tərəfində olan Vaqif Mirzəliyevin qəti mövqeyindən sonra Ayaz Həsənovun fəaliyyətinin yoxlanılması ilə əlaqədar komissiya yaradılmış və nəticə olaraq yekunda kafedra müdiri vəzifəsindən uzaqlaşdırılmışdı. Vaqif Mirzəliyev kafedrada təmiz və tələbkar işgüzar şərait yaratmışdır. Eyni kafedrada çalışan bu iki dostdan Aydın İsayev kafedra müdiri asan seçildiyi kimi Ayaz Həsənov da "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasına maddi maraqlar əsasında kafedra müdiri seçilmək üçün hazırlaşıb. Bunlar bilir ki, kafedra müdiri seçilmək üçün, nə qanun, nə elmi tədqiqat işləri, nə də tədris-metodiki işlər lazımdır, ancaq rektor İbrahim Cəfərova pul lazımdır.
Bir qədər öncə İbrahim Cəfərov 240 elmi əsərin müəllifini, bir çox dərslikləri, dərs vəsaitləri olan kafedranın professorunu kənara qoyub ayaqqabı satan, bu gün informasiya texnologiyalarından (kompyuterdən) başı çıxmayan Aydın İsayevi müdir qoyduğu kimi Ayaz Həsənovu da kafedra müdiri qoymaq istəyir. Ayaz Həsənov bu gün Aydın İsayevin məsləhətçisi olub deyir ki, sən o kafedrada ol, mən də bu kafedrada olum. Ayaz Həsənovun da informasiya texnologiyalarından təsəvvürü yoxdur, əlavə heç bir dil bilmir, elektron yazışmanı belə dərk edə bilmir, heç bir tədris metodiki işlə məşğul olmur. Əgər bu gün bu kafedra müdirləri, elekton kitabxanaya girə bilmirsə, elektron resurslardan istifadə etməyi bacarmırsa, adi belə məktubu göndərə bilmirlərsə Universitetdə əmək bazarına çıxarılacaq hansı mütəxəssis hazırlığından danışmaq olar? Belə çıxır ki, ancaq ayaqqabı, ət və kartof satan yetişdirmək olar.
Ümumiyyətlə, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyində sivil elmli, tədrisi və elmi bilən qabiliyyətli mütəxəssislər vəzifələrdən kənarlaşdırılır. Burada idarəçilik zorakılıq və müəyyən maraqlar çərçivəsində, üzdə Vətən, arxada şəxsi maraq siyasəti çərçivəsində aparılır. Rektorun professor-müəllim kollektivinə qarşı təhqiramiz kobud rəftarı dözülməzdir. Bunlarla yanaşı məlumunuz edirik ki, Dövlət Qulluğuna və Dövlət İmtahan Mərkəzində imtahan verib keçə bilməyən, ixtisasını bilməyən kadrlar gənc müəllimlər kimi Universitetə kafedralara maddi maraqlar əsasında işə götürülür. Əgər həmin müəllimlərin əksəriyyətinin savadını yoxlasalar onlar attestasiyadan belə keçə bilməzlər. Müasir dünya standartlarına cavab verən auditoriya və laboratoriyalarda bu formada təhsil ilə yüksək peşəkar mütəxəssis hazırlığı aparmaq mümkün deyildir. Savadlı, qabiliyyətli, xarici ölkə alimləri və Universitetləri tərəfindən Beynəlxalq təhsil sisteminndə və elmində sözünü deyən və tanınan alimlərin əməyi qiymətləndirilmir.
Bu məsələ ilə bağlı müvafiq tədbir görməyinizi Sizdən xahiş edirik".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...