Navalnıya 9 il həbs cəzası VERİLDİ
- 22-03-2022, 19:40
- 470
Xalqxeber.az Rusiya KİV-ə istinadən xəbər verir ki, dövlət ittihamçısı məhkəmədən mühakimə olunan bloqer Navalnıyın təqsirli bilinməsini və onun 13 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməsini və 1,2 milyon rubl (hakimi təhqir etdiyinə görə) cərimələnməsini istəyib.
Navalnıy özünü təqsirli bilməyib.
Məhkəmə rusiyalı müxalifətçini 9 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Navalnıy, həmçinin 1,2 milyon rubl məbləğində cərimə ödəməli olacaq.