Türkiyədə güclü partlayış - Xəsarət alanlar var

Gündəm / Dünya

Türkiyənin Bingöl vilayətində Xüsusi Hərəkat Şöbəsində təlim bölgəsinə döyüş sursatlarının çatdırılması zamanı partlayış baş verib.

Baş verən partlayışda 2 polis əməkdaşı ağır yaralanıb.

Bingöl Qubernatorluğundan verilən açıqlamada deyilir ki, partlayış saat 13:30 radələrində Kaleönü Məhəlləsindəki Xüsusi Hərəkat Şöbəsində təlim bölgəsinə döyüş sursatı (tank əleyhinə) daşınarkən baş verib.

Ağır yaralanan polislərin Bingöl Dövlət Xəstəxanasına çatdırıldıqları bildirilir.