Bakcellin müştərilərinə zorakı “Novruz “xidməti”
- 22-03-2022, 12:12
- 495
Novruz günlərində rabitə – internet xidməti qurumlarının özəl kampaniyalar çərçivəsində güzəştlər etmələri müştəri cəlb etməkdən başqa, həm də müştəri məmnunluğunun təmin edilməsinə hesablanır. Özəlliklə, həssas kateqoriyadan olan insanların – şəhid ailələri, qazilərin, tələbələrin və s. mobil operatorların “əhatə dairəsində” endirimli günlər yaşaması” normaya çevrilib. Azərcell MMC-nin qazilərə, müharibə veteranlarına ikiqat bonus dəstəyini, “Nar”ın şəhid ailələri və yaralılara dəstək amacı ilə Naxçıvan İnkişaf Fonduna 250 min manat ianə etməsi buna misaldır. Bakcellə gəldikdə isə. ..
Bakcell MMC-nin müştərilərə kələk gəlməsinin yeni metodu isə elə Novruz bayramı günlərində üzə çıxıb. İnternet paketi almayan müştərilər özlərinin xəbəri olmadan və təbii ki, xidmətə qoşulmadan dəqiqəsi 15 qəpiklik paketsiz internet xidmətinə qoşub hər 4 dəqiqəyə 1 manatlarını “udan” mobil operator, bu “uduşu” 09.03.2022-ci ildə göndərdiyi sms-bildirişlə əsaslandırır. (?) Anlaşılmaz xidmətdir, abonentə, istehlakçıya zorakı xidmət sırınır ki, paket almasa, dəqiqəsi 15 qəpiklik paketsiz internet haqqı tutulacaq. Bu necə xidmətdir ki, vətəndaşı, xidmətə qoşulmadığı halda, özbaşına paketsiz internet xidmətinə qoşub pul silinir?! Kobud istehlakçı hüquqlarının pozuntusunu Bakcellin müştəri xidmətləri şöbəsi “Müqavilənin 4.1..3 maddəsinə əsasən, telekommunikasiya xidmətlərinin şərtləri və tariflərində, Müqavilənin “Tarif Paketi” adlı hissəsində baş verən dəyişikliklər barəsində abunəçiyə əvvəlcədən KİV vasitəsilə məlumat göndərilməsi; əlavə olaraq Bakcellin rəsmi internet saytı və digər üsullarla məlumat təqdim edilməsi” ilə izah edir. Maraqlıdır, abunəçi, müştəri xidmətə qoşulmayıbsa, hansı müqavilədən danışıla bilər? Gərək xidmətə qoşulasan ki, uyğun an(d)laşma-müqavilə də bağlayasan də! Sözügedən anonim elektron izahın özü açıq şəkildə Bakcellin zorakı “pulsilmə xidmətini”, istehlakçıların balanslarına “girib” oğurluq etməsini” ortaya qoyur. Görək, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu kobud hüquq pozuntusuna necə qiymət verəcək? Qiymət verilməsi “görünməsə”, yəqin məhkəmə işə qarışmalı olacaq.turantv.az