Rusiyanın qırıcı və iki pilotsuz təyyarəsi VURULDU
- 21-03-2022, 20:20
- 586
Bu barədə vilayət hərbi idarəsinin sədri Oleq Sinegubov məlumat verib.
"Bu gün Ukrayna Silahlı Qüvvələrinin Çuqev yaxınlığındakı mobil bölmələri rusiyalı düşmən qırıcısını vurub. Alçaq hündürlükdə atəşdən sonra o, Rusiya Federasiyası tərəfdən düşüb. Həmçinin səhər saatlarında Xarkov vilayətində, işğalçıların müvəqqəti nəzarətində olan ərazidə Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin mobil qrupu Rusiyanın iki “Orlan” pilotsuz uçuş aparatını vurub", - o yazıb.