"Hərbi əməliyyatlarda 847 dinc sakin ölüb" - BMT
- 20-03-2022, 12:20
- 704
Məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi yayıb.
Bildirilib ki, real rəqəmlər bundan çox ola bilər. 3 milyon 63 mindən çox ukraynalı hərbi əməliyyatlara görə xaricə, əsasən Polşaya köçüb, yəni, qaçqın düşüb.
Qeyd edək ki, yerli hakimiyyət təkcə Ukraynanın Mariupol şəhərində Rusiyanın hərbi müdaxiləsi nəticəsində 2 mindən çox dinc sakinin öldüyünü bildirmişdi.