Azərbaycanlı milyarder şirkətlərini kürəkəninin adına keçirib – Putinin dostu sanksiyalardan yayına biləcəkmi?
- 15-03-2022, 17:26
- 1 083
Məlumatına görə, həmyerlimizin adı “Kiyevskaya ploşad” Qrupuna daxil olan 6 şirkətin səhmdarları sırasından çıxarılıb.
Belə ki, İlham Rəhimov artıq “Ukraina” hotelinin, “Sadovod” bazarının, “Kaşirkada avtomobil ticarəti mərkəzi”nin, “Qrand” və “Qrand-2” mebel ticarəti mərkəzlərinin səhmdarı deyil.
Bundan başqa iş adamı “Kiyevskaya ploşad”, “Kiyevskaya ploşad 1” və “Avers 3” satış sənaye şirkətinin təsisçiliyindən də ayrılıb.
Məlumata görə, onun bu şirkətlərin hər birində 15 faizlik payı olub. Həmin payı isə Araz Mehdiyev adlı şəxsə ötürülüb.
Məlumata görə, Araz Mehdiyev özgə adam deyil. O, İlham Rəhimovun kürəkəndir.
Rəhimovun belə tələsik addım atmasının səbəbi isə ABŞ və Avropa Birliyinin qoyduğu sanksiyalardan yayınmaq cəhdi ilə əlaqləndirilir.
Mənbə:Gundem.az