Azərbaycan MuayTAY-Tayboks Federasiyasına yeni prezident və vitse-prezident seçilib

Gündəm / Cəmiyyət

Fedarasiyanın prezidenti Azər Həsənsoy isə idarə heyətinin sədri seçilib.
14.03.2022-ci il tarixində AzərKitab kitab mərkəzinin akt zalında baş tutan konfransda Azərbaycan MuayTAY-Tayboks Federasiyasına yeni prezident və vitse-prezident həmçinin idarə heyətinin sədri vəzifəsinə seçkilər keçirilib. Konfransı giriş sözü ilə fedarasiyanın eks prezidenti Azər Həsənsoy açıb. O, çıxışı zamanı prezident olduğu dönəmlərdə idarə heyəti və idman ustaları həmçinin tanınmış idmançılar tərəfindən ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Çıxışının sonunda fedarasiyanın prezidentliyi vəzifəsindən istefa verdiyini və ölkə başçısının gənclərə göstərdiyi diqqəti konfrans iştirakçılarına çatdıraraq, hazırki vəzifəsini gənc nəslin nümayəndəsinə verilməsinin vacibliyini vurğulayıb. Azər Həsənsoyun istefası idarə heyəti tərəfindən birmənalı qarşılanmasada yekunda istefa tələbi qəbul edilib. Daha sonra fedarasiyanın prezidenti vəzifəsinə Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionu, Uşusanda üzrə Azərbaycan çempionu, Beynəlxalq dərəcəli və Əməkdar idman ustası Araz Musayev namizəd kimi göstərilib. Səsvermə zamanı Araz Musayev fedarasiyanın prezidenti seçilib. Bundan sonra fedarasiyanın vitse-prezident vəzifəsinə tanınmış idman ustası Vüqar Qasımovun namizədliyi irəli sürülüb. Səsvermə zamanı Vüqar Qasımov fedarasiyanın vitse-prezidenti vəzifəsinə təyin olunub. Vüqar müəllim çıxışı zamanı ona göstərilən etimada görə, idarə heyətinin üzvlərinə və fedarasiyanın rəhbərliyinə minnətdarlığını bildirib. Vüqar Qasımov konfrans iştirakçılarına özü barədə geniş məlumat verib. O, 1994-1995-ci illərdən  kinboksinq idman növü ilə məşqul olduğunu, 1996-2008-ci illərdə yığma komandanın üzvü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2009-cu ildə kinboksinq idman növü üzrə “İdman ustası” dərəcəsinə layiq görüldüyünü bildirmişdir.
Azərbaycan, Avropa və Dünya Çenpionatlarının iştirakçısı və qalibi olduğunu bildirən Vüqar Qasımov, qızıl, gümüş və bürünc medalları ilə təltif olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Həmçinin idmana olan qayğı və diqqətinə görə, Ədliyyə Naziri cənab Fikrət Məmmədov tərəfindən dəfələrlə təltif olunaraq, qiymətli hədiyyə, fəxri fərman, vaxtından əvvəl rütbə ilə və Azərbaycan İdmanının inkişafında göstərdiyi xidmətlərə görə 2018-ci ildə ölkə başçısı cənab İlham Əliyev tərəfindən fəxri fərmanla təltif olunduğunu xüsusilə vurğulamışdır.    
Sonda isə Azərbaycan İdmanının inkişafında əlindən gələni əsirgəmiyəcəyini qeyd edən Vüqar Qasımov fedarasiyanın inkişafı üçün var gücü ilə çalışacağını qeyd edib.