Əsabil Qasımov UN SATIŞINI DAYANDIRDI - AÇIQLAMA

Gündəm / Cəmiyyət

Ölkədə un istehsalçısı olan əksər müəssisələr dünəndən etibarən unun satışını dayandırıb.

Xalqxeber.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya un satışı ilə məşğul olan sahibkarlar deyib.

Məlumata görə, unun topdan satışının dayandırılması yaxın günlərdə gözlənilən bahalaşma ələ bağlıdır.

Gununsesi.info-nun əməkdaşı bu məlumatı dəqiqləşdirmək üçün un istehsalı ilə məşğul olan “Karmen” şirkəti ilə əlaqə saxlayıb.

Şirkətdən unun topdan satışının qeyi-müəyyən müddətə dayandırıldığı təsdiqlənib.

Xatırladaq ki, son aylar ərzində unun qiymətində xeyli artım olub.