Şuşada qəza - əsgərimiz həlak oldu

Gündəm / Hadisə


Azərbaycan Ordusunun hərbçisi qəzada ölüb. 

Xalqxeber.az lent.az-a istinadən xəbər verir ki, hadisə Şuşada qeydə alınıb. Ordumuzun əsgəri, 20 yaşlı Kazımov Vüsal Vüqar oğlu qəzaya düşməsi nəticəsində həlak olub. 

Əsgərin əmisi oğlu Kənan Kazımov bildirib ki, yaxın saatlarda mərhumun cənazəsi ailəsinə təhvil veriləcək.