Bakıda evdə yanğın oldu, ölən var

Gündəm / Hadisə

Bakı şəhərinin Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.