Göyçayın başçısı getdi, Qaraşov qaldı... - "Yoxsa Lənkəranda lənkəranlı qalmayacaq..."

Gündəm / Cəmiyyət

 Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Az əvvəl məlum oldu ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, M.Səlimzadə 2016-cı ildən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

DİA.AZ bildirir ki, bununla bağlı lənkəraanlıların sosial qrupunda ayrı-ayrı paylaşımlar olub və lənkəanlıların təəssüf hissi ifadə olunub. Səbəbi isə sadədir. Lənkəran sakinləri Göyçaydan əvvəl öz rayonlarında rəhbər dəyişikliyi gözləyirmişlər.

Sakinlər adından edilən müraciətdə deyilir:

"Mehdi Səlimzadə getdi, amma Qaraşov qaldı... Ümid edirik ki, Qaraşov Lənkəranda çox qalmayacaq. Yoxsa əksi olacaq: Lənkəranda lənkəranlı qalmayacaq..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...