Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTO

Gündəm / Hadisə

Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Unikal"-ın əldə etdiyi məlumata görə, qəzada ölən 23 yaşlı Yunis Məmmədov 44 gün davam edən Vətən müharibəsinin iştirakçısıdır. Evin tək oğlu olan Y. Məmmədov İsmayıllı rayonunun İkinci Yeniyol kəndinin sakinidir.