"Ramiz Mehdiyev getsə, vəzifə səlahiyyətləri mənə həvalə olunacaq" - Arif Həşimov
- 16-02-2022, 18:00
- 572
Xalqxeber.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov deyib.
“AMEA-nın nizamnaməsinə əsasən, prezident hansısa səbəbdən vəzifəsini tərk etdikdə onun səlahiyyətlərini birinci vitse-prezident icra edir. Ramiz Mehdiyev hansı gün vəzifəsindən getsə, növbəti seçkiyə qədər onun vəzifə səlahiyyətləri mənə həvalə olunacaq. Amma ola bilər ki, AMEA-nın Rəyasət Heyəti bu vəzifəsini başqa şəxsə də həvalə etsin”, - o bildirib.