Bu səhiyyə ocağında sağlamlığın BƏDƏLİ ÇOX BAHADIR...
- 7-02-2022, 13:08
- 495
Apardığımız kiçik araşdırma zamanı məlum olmuşdu ki, Abbas Səhhət adına 1 saylı xəstəxananın MRT-1 şöbəsində müayinəyə gələn pasiyentlər diski öz şəxsi vəsaitləri hesabına alırlar. Xəsətəxanaya gələn sakinlər qoruyucu vasitələrin olmamasından da gileylənirlər. Halbuki, koronavirus pandemiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq xəstələrə nə tibbi spirt, maska, nə də ki, əlcək verilir. 245 çarpayılıq xəstəxana binasında 56-sı həkim olmaqla, 370 tibb işçisi çalışmasına baxmayaraq bütün tibbi personal öz şəxsi vəsaitləri hesabına yuxarıda qeyd etdiyimiz qoruyucu vasitələri alırlar. Hazırda pensiya üçün xəsətəxanalara göndərişlə gələn xəstələr 3-5 gün müddətə stasionar müalicədə saxlanılırlar.Göndərişlə gələn pasiyentlər də bütün dərman pereparatlarını öz şəxsi vəsaitləri hesabına alırlar.Hətta, gündə 3 dəfə isti yeməklə təmin olunmalı xəstələr verilən yeməyin keyfiyyətsizliyindən də şikayətlənirlər. Abbas Səhhət adına 1 saylı xəstəxananın nəzdində olan doğuş şöbəsi perinatal mərkəzlə birləşdirilsə də “doğuş” yenə də pulsuz başa gəlmir.Təbii və qeysəriyyə üsulu ilə doğuşa görə vətəndaşlar 500-1000 manat arasında pul ödəməlidir. Qeyd edək ki, Azərbaycanda stasionar tibb müəssisələrində müalicə olunan və imtiyazlı qruplara daxil olan xəstələr də dərman preparatları və tibbi ləvazimatları ilə təmin olunurlar. Ölkədə stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə isə 99 adda dərman preparatları pulsuz paylanılır. Amma görünən odur ki, əksər hallarda bu yalnız kağız üzərində belədir…
Ümidvarıq ki, Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov qərb bölgəsinin ən böyük tibb müəssisəsi olan 1 saylı xəstəxanadakı həmin məqalədə qeyd etdiyimiz bütün problemləri həll edərək yoluna qoya biləcəkdir.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//