POLİSİN QANDALLADIĞI DƏLƏDUZ PA-nın SEKTOR MÜDİRİ İLƏ... - O da vəzifəsindən kənarlaşdırılıb (FOTO)
- 5-02-2022, 11:58
- 909
Rasim Məmmədovun "ictimai fəaliyyət" adı altında az qala cinayətkar qruplaşma yaratdığını, dələduzluq və fırıldaqçılıqla məşğul olduğunu mətbuatda və ictimai sektorda demək olar, bilməyən yox idi. Bu barədə mediada dəfələrlə müxtəlif səpkili məlumatlar yayılıb. O cümlədən də hüquq-mühafizə orqanları bu şəxsin “şücaətlərindən” xəbərsiz olmayıb. Lakin indiyə qədər onun əməllərinə göz yumulub. Bu da ondan xəbər verir ki, Rasim Məmmədovun hakimiyyətdə hansısa ciddi dayaqları olub...
Maraqlıdr ki, sözügedən “ictimai fəal”ın qandallanmasına dair xəbər və görüntülərin ictimailəşməsindən sonra sosial şəbəkələrdə Rasim Məmmədovun müxtəlif ranqlı vəzifəli şəxslərlə birgə fotoşəkilləri yayılıb. Onların arasında Rasim Məmmədovun Azərbaycan Respublikası Prerzident Administrasiyasının sektor müdiri (2 gün əvvələdək-red.) Şahmar İbadovla çəkdirdiyi şəkil də var.
“AzPolitika.info”-nun əldə etdiyi məlumata görə, Rasim Məmmədovun həbsi ərəfəsində - fevralın 2-də Şahmar İbadov Prezident Administrasiyasındakı vəzifədən azad edilib. Bu iki hadisə təsadüfən üst-üstə düşüb, yoxsa onlar arasında hansısa bağlılıq var, demək çətindir...