Altay Həsənovun doğum günüdür

Gündəm / Cəmiyyət

Bu gün Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun doğum günüdür. Görkəmli dövlət xadiminin 61 yaşı tamam olur. 

Altay Həsənov 1961-ci il, fevral ayının 4-ü Bakı şəhərində dünyaya göz açıb. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib. Altay Həsənov bir sıra mötəbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, 2021-ci ildə Prezident İlham Əliyev Altay Tofik oğlu Həsənovun 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Xalqxeber.az kollektivi adından Altay Həsənovu doğum günü münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayırıq.