AMEA-nın yeni prezidenti Misir Mərdanov olacaq? - Keçmiş nazir xəbərə nə reaksiya verdi?
- 4-02-2022, 13:53
- 749
Hazırda R.Mehdiyevin də təmsil olunduğu Rəyasət Heyəti “İsmailiyyə” tarixi binasında yerləşir. Ancaq indi binanın Rəyasət Heyətindən alınaraq xalqa açılması təklif olunur.
Sosial şəbəkələrdə həmçinin AMEA-nın yeni prezidenti postuna namizədlərin kim olacağı barədə məlumatlar da yayılıb, konkret adlar sadalanıb.
Namizədlərin sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanovun olduğu deyilir. DİA.AZ xəbər verir ki, cebhe.info sabiq təhsil naziri ilə əlaqə saxlayaraq ümimiyyətlə AMEA-da gedən söz-söhbətlərə münasibət öyrənmək, həmçinin də qeyd olunan suala cavab axtarıb.
Lakin Misir Mərdanov "Bu mövzuda danışmaq hələ tezdir, mən özüm sizinlə əlaqə saxlayacağam", - deməklə suallardan yayınıb.