Hakim Kəmalə Əmirxanovadan qanunsuz addım - GİLEY
- 3-02-2022, 16:15
- 379
Belə ki, məhkəmə ekspertiza mərkəzi tədqiq olunmuş yazılarda linqivistik baxımdan şəxsin "şərəf və ləyaqətini, işgüzar nüfuzunu" ləkələyən ifadələrin olmadığını qeyd etdiyi və həmin ifadələri lüğətlə əsaslandırdığı halda, digər qondarma ekspert bunun əksinə rəy verib. VƏ ÜMUMİYYƏTLƏ HƏMİN RƏY MƏHKƏMƏ İCLASINDA TƏDQİQ EDİLƏN SÜBUTLAR SIRASINDA OLMAYIB... Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qətnamədə Azərbaycan Respublikası MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir. Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış: Maddə 11-3. Məhkəmə Ekspertlərinin Reyestri Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir. Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.
Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu günə olan məlumata əsasən Azərbaycanda hələ də "məhkəmə ekspertlərinin reyesteri" yaradılmayıb. Belə olan halda sən Kəmalə Əmirxanova hansı əsasla, Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin verdiyi rəyi yox, fəaliyyəti tam qanunsuz olan, haqqında heç yerdə məlumatı olmayan bir şirkətin verdiyi rəyi- hansı ki, heç məhkəmə iclasında tədqiq edilmiş sübut olmayıb, məhz onu əsas götürdünüz...?! Bu fakt bir daha onu təsdiq edir ki, Azərbaycanda Məhkəmə Hakimiyyəti insan hüquq və azadlıqlarının müdafiəsinə yox, tapdalanmasına təminat verir.
İctimai vəkil Samir Zeynalov //hurriyyet.az//