Azərbaycanda balığın qiyməti bahalaşdı - VİDEO
- 30-01-2022, 12:00
- 799
Uzun illərdir balıq satışı ilə məşğul olan İlkin Novruzov deyib ki, qiymət artımı əsasən dəniz balıqlarında özünü göstərir.
Onun sözlərinə görə bahalaşmaya səbəb xüsusilə bu aylarda bəzi balıq növlərinin ovuna qoyulan qadağadır. Bu səbəbdən həmin balıqlar ya tapılmır, ya da az miqdarda digər ölkələrdən - İran və Rusiyadan gətirilir.
Satıcılar təsərrüfatlarda yetişdirilən balıqların qiymətinin dəyişmədiyini deyirlər...
Bildirildi ki, qiymətlər bəzi balıq növlərinin ovuna qoyulan qadağa bitəndən sonra enə bilər.