ETSN yanında Məktəblilərin İctimai Şurası yaradılır
- 27-01-2022, 10:54
- 504
Xalqxeber.az xəbər verir ki, nazirlik təbiəti sevən, ətraf mühitin qayğısına qalan, təşəbbüskar, parlaq ideyalı və liderlik bacarıqlarına malik məktəbliləri Şuraya üzv olmağa dəvət edir.
Şuraya üzv olmaq istəyənlər sənədlərini (namizədlik barədə müraciət; şəxsiyyət vəsiqəsinin surəti; tərcümeyi-hal) 28 fevral 2022-ci il tarixinədək public@eco.gov.az poçt ünvanına təqdim edilə bilərlər.
“Məktəblilərin İctimai Şurası”na üzvlük barədə elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.
http://eco.gov.az/az/nazirlik/elan?newsID=13807