Gədəbəy icra hakimiyyətindən iddialara CAVAB - "...aidiyyəti qurumlara məktub göndərilib"
- 26-01-2022, 21:02
- 437
Gədəbəydə MƏMUR ÖZBAŞINALIĞI... - Onlara hər şey olar...
Bununla bağlı DİA.AZ Gədəbəy icra hakimiyyətindən münasibət açıqlanıb. RİH-in açıqlamasında deyilir:
"Bildiririk ki, Gədəbəy rayonunun Poladlı kəndi ərazisində Kazımova Ayxabə Əkbər qızı tərəfindən həyətyanı torpaq sahəsində inşa olunan qeyri-yaşayış obyektinin və Gədəbəy rayonunun Qumla adlanan ərazisində Səmədov Kamran Fərrux oğlu tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri aparılması ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən qanunamüvafiq qaydada icazə verilməmiş, aparılan qanunsuz tikinti işləri tərəfimizdən dayandırılmış, tikintiyə dair hüquqmüəyyənedici sənədlərin RİH-nə təqdim edilməsi üçün vətəndaşa, qanunsuz tikinti işləri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məktub göndərilmişdir".